UNEC aliminin məqaləsi “Thomson Reuters”də

UNEC aliminin məqaləsi “Thomson Reuters”də Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) alimi, tanınmış iqtisadçı Vüqar Bayramovun daha bir elmi tədqiqatı dünyanın aparıcı jurnalında dərc edilib.
Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarovun həmmüəllifi olduqları “Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: regional Linear reqresiyasının tətbiqi” adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında dərc olunub. “Elsevier” tərəfindən nəşr edilən, “Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksli “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan həmin jurnal dünyada postkommunizm elmi araşdırmaları üzrə ən yaxşı iki jurnaldan biri hesab edilir.
Araşdırmada “Linear regressiya” modelindən istifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrə təsiri qiymətləndirilib. Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatına ciddi töhfə verməyib. Məqalədə, həmçinin Azərbaycanın birliyə potensial üzvlüyünün eknometrik dəyərləndirilməsi aparılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər