Hava limanı yaxınlığında partlayış və atışma baş verib

Hava limanı yaxınlığında partlayış və atışma baş verib Əfqanıstanın paytaxtı Kabil şəhərinin hava limanı yaxınlığında partlayış və atışma baş verib.
Partlayış və atışma nəticəsində ölənlər və yaralananlar ola bilər.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, ötən gün Kabil şəhərinin küçələrindən birində Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə İdarəsinə məxsus avtomobilin keçdiyi zaman velosipedə bərkidilmiş partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Tehsil-press.az

Oxşar xəbərlər