Yol qəzasında 32 nəfər xəsarət alıb

Yol qəzasında 32 nəfər xəsarət alıb Rusiyanın Novorossiysk şəhəri yaxınlığında baş verən qəzada iki nəfər ölüb, otuz ikidən çox insan xəsarət alıb.
Verxnebakanskiy qəsəbəsi yaxınlığında reys avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobil 30 metr dərinlikdə olan dərəyə düşüb.
Bildirilir ki, 21 nəfər, o cümlədən 11 azyaşlı xəstəxanaya yerləşdirilib. Ümumilikdə avtobusda 42 nəfər olub.

Tehsil-press.az




Oxşar xəbərlər