Sumqayıtda avtobus “KamAZ”la toqquşdu - 2 ölü, 15 yaralı+Siyahı+Yenilənib

Sumqayıtda avtobus “KamAZ”la toqquşdu - 2 ölü, 15 yaralı+Siyahı+Yenilənib Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır.
***
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.
Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.
***
Qəzada ölən və yaralananların ilkin siyahısı:
Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü
Rzayeva Raisa Dmitri qızı, 1955
Rzayeva İlona Rauf qızı, 1980
Tarfanov İqor Aleksandroviç, 1962
İsmayılova Tamara Hacışaban qızı,
Zapalovnaya Yevgeniya Mixail qızı, 1940
Rzayeva Rəna Dmitri qızı, 1951
Məmmədova Elvira İvan qızı, 1967
Həşimova Sabina Kərim qızı, 1968
Rodina Jakka Anatoli, 1966
Kuranika Viktoriya Oleq qızı,1988
Məmmədova Lüdmila Andrey qızı, 1947
Buqlova Varvara Jilijou, 1945
***
15:44
Qəza nəticəsində "Mercedes"in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər