Azərbaycan Universiteti II tur üçün qəbul elan edir

Azərbaycan Universiteti II tur üçün qəbul elan edir Azərbaycan Universiteti bakalavriat pilləsinə II tur üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.
155139 Regionşünaslıq (Avropa ölkələri üzrə) (tədris Azərbaycan dilində) - 30 yer
155188 İqtisadiyyat (tədris Azərbaycan dilində) - 2 yer
155196 İqtisadiyyat (tədris ingilis dilində) – 15 yer
155211 Menecment (tədris Azərbaycan dilində) – 10 yer
155228 Menecment (tədris ingilis dilində) – 14 yer
155236 Marketinq (tədris Azərbaycan dilində) – 40 yer
155244 Marketinq (tədris ingilis dilində) – 5 yer
155252 Biznesin idarə edilməsi (tədris Azərbaycan dilində) - 3 yer
155269 Biznesin idarə edilməsi (tədris ingilis dilində) – 4 yer
155277 Kommersiya (tədris Azərbaycan dilində) – 48 yer
Abituriyentlərin nəzərinə çatdırırıq ki,
Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən və ümumi qaydalarla aparılır.
Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir.
Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.
Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.
Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.
Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar.
Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
2019/2020-ci tədris ilindən başlayaraq tətbiq olunacaq Universitet Daxili İki Diplom Proqramına (UDİD) əsasən tələbələr 4 ildə 2 diplom ala biləcəklər. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
Tələbələrə “Erasmus+”, “Mövlanə” və DAAD (Alman Akademik Mübadilə Xidməti) proqramları vasitəsilə xaricdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
Tələbələrə 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyini beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatları verilir.
Marketinq, Biznesin idarə edilməsi, Kommersiya, Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır.
Hər ixtisas üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbələr birinci tədris ili üçün ictimai nəqliyyatda gediş haqqı ilə təmin edilirlər.
2019/2020-ci tədris ilində qəbul olan bütün tələbələr təhsil müddəti ərzində “AtaSığorta” tərəfindən sığortalanırlar.
Abituriyentlər texniki dəstək və məsləhət xidməti almaq üçün Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əldə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 Tel.: (+99412) 431 41 12/13/16/17 (172), 055 220 40 58 Sayt: www.au.edu.az E-poçt: [email protected] Rəsmi Facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

Mətbuat Xidməti



Oxşar xəbərlər