Azərbaycan Universiteti magistratura pilləsinə II tur üçün qəbul elan edir

Azərbaycan Universiteti  magistratura pilləsinə II tur üçün qəbul elan edir Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün magistratura pilləsinin boş qalan plan yerlərinə aşağıdakı ixtisaslaşmalar üzrə tələbə qəbulu elan edir.
Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
263117 Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 3 yer
263166 Filologiya - Azərbaycan ədəbiyyatı – 10 yer
263174 Filologiya - Azərbaycan dili – 10 yer
263182 Filologiya - Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) – 5 yer
263199 Filologiya - Dilşünaslıq (İngilis dili) – 4 yer
263239 Tarix - Azərbaycanın yeni və ən yeni tarixi – 7 yer
263125 MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) – 10 yer
263133 MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə) – 9 yer
263141 MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) - 10 yer
263158 MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – 20 yer
* MBA proqramına qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir.
* Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
* Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
Daha ətraflı məlumat üçün Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58 Sayt: www.au.edu.az E-poçt: [email protected] Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

Mətbuat Xidməti

Oxşar xəbərlər