Yüksək bal toplayan gənclər ADPU-nun Cəlilabad filialını seçiblər

Yüksək bal toplayan gənclər ADPU-nun Cəlilabad filialını seçiblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında yeni qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir.
Cari tədris ilində filiala dörd ixtisas üzrə 140 nəfər tələbənin qəbulu planlaşdırılıb. Hazırda filialda 88 tələbə qeydiyyatdan keçib ki, onlardan 11-i dövlət sifarişi əsasında təhsil alacaq.
Filialı seçən tələbələr sırasında yüksək bal toplayan gənclər də var. Qəbul imtahanlarında 547 bal toplayan Fatimə Mirzəyeva, 516 bal toplayan Firat Səlimzadə, 508 bal toplayan Bacıxanım Kazımlı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçiblər.

ADPU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər