Yüksək bal toplayan gənc Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını seçib

Yüksək bal toplayan gənc Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını seçib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ili üzrə qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir.
Qəbul imtahanında 660 bal toplayan Elcan Səlimli ali təhsil müəssisəsinin Şəki filialını seçib. O, universitetdə xarici dil (ingilis dili) müəllimliyi ixtisasına qəbul olunub.
Elcan Səlimli orta məktəbi əla qiymətlərlə başa vurub. O, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bu il qızıl medalla təltif olunub.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər