Qərbi Kaspi Universiteti tələbələr üçün güzəştlər və təqaüdlər nəzərdə tutur

Qərbi Kaspi Universiteti tələbələr üçün güzəştlər və təqaüdlər nəzərdə tutur Qərbi Kaspi Universiteti qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün güzəştlər nəzərdə tutur.
Bal intervalı 601-700 olan tələbələrə 100 faiz güzəşt ediləcək. Eyni zamanda, 551-600 arası bal toplayanlara 70 faiz, 501-550 arası bal toplayanlara 50 faiz, 451-500 arası bal toplayanlara 30 faiz, 380-450 arası bal toplayan tələbələrə isə 20 faiz güzəştlər ediləcək.
Güzəştlər barədə http://wcu.edu.az/az/news/view/yuksek-bal-toplayan-telebeler-ucun-nezerde-tutulmus-guzestler linkində ətraflı məlumat verilir.
Qərbi Kaspi Universiteti yüksək bal toplayan tələbələrə müvafiq təqaüdlər də verəcək. Universitetdə 450-500 arası bal toplayanlara 50 manat, 501-550 arası bal toplayanlara 80 manat, 551-600 arası bal toplayanlara 100 manat, 601-650 arası bal toplayanlara 150 manat, 651-700 arası bal toplayan tələbələrə isə 200 manat təqaüd nəzərdə tutulur. IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ilində 25 faizdən 100 faizədək güzəştlərdən faydalana biləcəklər.

Hüseyn Şərifov

Oxşar xəbərlər