Türkiyədə daha bir dəhşət - Arvadının boğazını kəsdi

Türkiyədə daha bir dəhşət - Arvadının boğazını kəsdi Türkiyədə daha bir dəhşətli cinayət qeydə alınıb.
Kişi ondan boşanmaq istəyən arvadının boğazını 4 yaşlı qızının gözü önündə kəsib.
Hadisə Dənizli şəhərinin Pamukkale rayonunda baş verib.
Belə ki, Uğur K. adlı şəxs 23 yaşlı arvadıyla söhbət etmək məqsədiylə onu görüşə çağırıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman Uğur arvadına bir neçə bıçaq zərbəsi endirib, daha sonra da onun boğazını kəsib.
Xəstəxanaya çatdırılan iki uşaq anası ölüb. Cinayəti törədən şəxs saxlanılıb.
Qeyd edək ki, bir neçə gün öncə oxşar hadisə Kırıkkale şəhərində qeydə alınıb. Əminə Bulud adlı qadının qızının gözləri önündə əri tərəfindən qətlə yetirilməsi bütün ölkəni ayağa qaldırıb.

Tehsil-press.az

Oxşar xəbərlər