Tramp 6 gün ərzində 48 dəfə yalan danışıb

Tramp 6 gün ərzində 48 dəfə yalan danışıb ABŞ Prezidenti avqustun 20-dən 25-dək 48 dəfə yalan danışıb. “Qafqazinfo”nun məlumatına görə, bu nəticəyə “CNN” ekspertləri gəlib.
Onların sözlərinə görə, Tramp 6 gün ərzində 21 dəfə iqtisadiyyat haqda, 12 dəfə ticarət haqda, 11 dəfə isə Çin haqda yalan açıqlama verib.
“Bu yay 6 gün ərzində 48 yalan açıqlama Tramp üçün orta göstəricidir. O, 8 iyuldan, ortalama hesabla, gündə 7,7 yalan açıqlama verib”, - eskpertlərin məlumatında deyilir.
Trampın yalanlarından biri sələfi Barak Obama haqda verdiyi açıqlamadır. ABŞ Prezidenti bəyan etmişdi ki, Vladimir Putin Obamanı aldadıb və bu səbəbdən sonuncu Rusiyanı “Böyük səkkizlik”də görmək istəməyib.

Tehsil-press.az

Oxşar xəbərlər