Tramp: Müsəlmanları sevirəm

Tramp: Müsəlmanları sevirəm ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.
Amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.
“Müsəlmanlardan nifrət edirsinizmi?” - sualına D.Tramp “Yox, bu yalandır” - deyə cavab verib.
ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.

Tehsil-press.az

Oxşar xəbərlər