Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi vətəndaş təhsil alır

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi vətəndaş təhsil alır Azərbaycanda fəlsəfə doktoru proqramı 119 müəssisədə həyata keçirilir. Bunun 82-si elmi müəssisə və təşkilat, 37-si isə ali təhsil müəssisəsidir.
Bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.
Rəsmi statistik məcmuədə bildirilir ki, müvafiq müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi vətəndaş təhsil alır. Onların 35-i Türkiyə, 8-i İran, 7-si Qazaxıstan, 3-ü İraq, 2-si Pakistan, 10-u isə digər ölkələrin vətəndaşıdır.

Tehsil-press.az

Oxşar xəbərlər