İvan Kanevski: İnanıram ki, ADA Universitetində seçdiyim ixtisas üzrə mükəmməl təhsil alacağam

İvan Kanevski: İnanıram ki, ADA Universitetində seçdiyim ixtisas üzrə mükəmməl təhsil alacağam Mən Azərbaycanı, ADA Universitetini tam təsadüfən, imtahan nəticələrimə uyğun olaraq seçmişdim. Bir həftədir ki, ADA Universitetində tələbə olaraq dərslərə başlamışam. ADA Universitetini seçməklə düzgün qərar verdiyimə əminəm.
Bu fikri ADA Universitetinin ukraynalı tələbəsi İvan Kanevski söyləyib. O bildirib ki, universitetdə keçirdiyi qısa zamanda buradakı təhsilin üstünlüklərinin fərqinə varıb.
“ADA Universitetində təhsil beynəlxalq standartlara uyğun təşkil olunub. İnanıram ki, burada seçdiyim ixtisas üzrə mükəmməl təhsil alacağam”, - deyə Ukraynalı tələbə qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər