ADA Universitetində dilindən, dinindən, irqindən asılı olmayaraq bütün tələbələrə münasibət eynidir

ADA Universitetində dilindən, dinindən, irqindən asılı olmayaraq bütün tələbələrə münasibət eynidir ADA Universitetində dilindən, dinindən, irqindən asılı olmayaraq bütün tələbələrə münasibət eynidir. Azərbaycan mənim üçün fərqli adət-ənənələri olan bir ölkədir. Lakin ADA Universitetində yaradılan beynəlmiləl mühit çox tezliklə adaptasiya olmağıma imkan yaratdı.
Bu fikri AZƏRTAC-a müsahibəsində ADA Universitetində kompüter mühəndisliyi ixtisasında təhsil alan liberiyalı tələbə Lavrense Joşua Flomo deyib. O bildirib ki, ADA Universitetində tələbəlik həyatında yeni mərhələnin başlanğıcıdır.
“İnanıram ki, ADA Universitetində aldığım təhsillə gələcəkdə qarşıma qoyduğum hədəflərə çatacağam”, - deyə liberiyalı tələbə vurğulayıb.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər