FİFA saxtakarlıq edib - Səslər Messi üçün hesablanıb

FİFA saxtakarlıq edib - Səslər Messi üçün hesablanıb Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç də FİFA-nın “The Best 2019” sorğusunda saxtakarlığa yol verildiyini bildirib.
O, Lionel Messiyə səs vermədiyini, lakin FİFA-nın cədvəlində “Barselona”nın ulduzuna səs vermiş kimi göstərildiyini bildirib.
Xorvatiyalı məşqçi Məhəmməd Salah, Sadio Mane və Vircil van Dayka səs verdiyini açıqlayıb.
Lakin ali futbol qurumu onun səsverməsini Lionel Messi, Sadio Mane və Vircil van Dayk kimi göstərib
Nikaraqua yığmasının kapitanı Xuan Barrera da səsinin düzgün hesablanmadığı bildirilir. FIFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiano Ronaldoya verdiyini qeydə alıb.

Tehsil-press.az


Oxşar xəbərlər