FİFA-nın keçmiş vitse-prezidenti ömürlük futboldan kənarlaşdırıldı
Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) eks-başçısı, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) keçmiş vitse-prezidenti Xuan Anhel Napout ömürlük futbol faəliyyətindən kənarlaşdırılıb. Bu barədə məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib.
Sözügedən qərar FİFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.
Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.
Tehsil-press.az
- Baxış: 4446
Xəbərin tarixi: 13.09.2019 / 08:56
-
Oxşar xəbərlər