BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri “Həmrəyliyə görə” döş nişanı ilə təltif olunub
Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri, Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti Fikrət Şiriyev Rusiya Azad Həmkarlar Federasiyasının "Həmrəyliyə görə" döş nişanı ilə təltif olunub.
F.Şiriyev bu mükafata beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Xatırladaq ki, bu il sentyabrın 18-dən 21-dək Bakıda Avrasiya Universitetlərinin Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib.
BDU-nun Mətbuat Xidməti
- Baxış: 5706
Xəbərin tarixi: 27.09.2019 / 12:32
-
Oxşar xəbərlər