
Qəbul komissiyasının müdiri Surxay Əliyev cari ildə universitetə bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun nəticələrinə həsr olunmuş hesabatla çıxış edib. Ötən illərlə müqayisədə builki qəbulun yetərli olmadığını bildirən S.Əliyev bu halın qəbul prosesində tətbiq edilən yeniliklər, qəbul planının yüksək olması və digər obyektiv səbəblərlə bağlı olduğunu deyib.
Magistratura mərkəzinin direktoru Rövşən Səmədov yeni tədris ilində magistratura təhsil səviyyəsi üzrə tələbə qəbulunun yekunu barədə məlumat verib. O, builki qəbulun nəticələrinin qənaətbəxş olduğunu deyib, ayrı-ayrı ixtisasların keyfiyyət göstəricilərinə nəzər salaraq qazanılan uğurlar və çatışmazlıqlardan danışıb. AzMİU nəzdindəki İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev də kollecə qəbulun nəticələrindən danışıb, planın 100 faiz yerinə yetirildiyini diqqətə çatdırıb.
Sonda professor Gülçöhrə Məmmədova müzakirə olunan məsələlər və görüləcək işlərlə bağlı şura üzvlərinə tövsiyə və tapşırıqlarını verib.
AzMİU-nun Mətbuat Xidməti