XİN: Əminik ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək

XİN: Əminik ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək".

Tehsil-press.az

Oxşar xəbərlər