UTECA təhsil sərgisində

UTECA təhsil sərgisində Azərbaycan Texnologiya Universiteti (UTECA) 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirak edib.
Sərginin Texnologiya Universiteti üçün ayrılmış stendində UTECA Texnoparkının məhsulları sərgilənib. Onların arasında elmi əsərlər, patentlər, fəxri mükafatlar, gön-dəri, xalçaçılıq, tikiş məhsulları, şərab və balzamlar və s. məmulatlar olub.
UTECA-nın nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi və proseslərin avtomaşdırılması ixtisaslarının tələbələri Fərid Məhərrəmov, Tofiq Məmmədovun UTECA1 layihəsi isə sərgi iştirakçılarını tez-tez universitetin stendi ətrafına toplayıb. Daha sərfəli qiymətə və əlverişli daşınmaya, ətraf mühitin mühafizəsinə hesablanmış hibrid avtomobil prototipi ilə daha çox avropalı nümayəndələr maraqlanıblar. Onlar Fəridlə Tofiqin tədimatını dinlədikdən sonra onlara bəzi məsləhətlər verib, əməkdaşlıq təklifi ediblər.

UTECA-nın Mətbuat Xidməti


UTECA təhsil sərgisində

Oxşar xəbərlər