UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib Azərbaycan Texnologiya Universitetində Məzun Günü keçirilib. Bu münasibətlə UTECA-da “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası da təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin məzunları ilə yanası Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da istirak ediblər. Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450 dən çox vakant yer təqdim edilib.
Tələbə və məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.
Daha sonra “Məzun–2019” buraxılış tədbirində universitetin rektoru, professor Akif Süleymanov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu il - 45-ci buraxılışda UTECA-nı 570 məzun bitirir. Həmçinin bu il universitetdə 37 magistr da məzun olur.
Rektor sabahın mühəndis və texnoloqlarının təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əmin olduğunu bildirib.
Sonra təhsildə fərqlənən məzunlar mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

UTECA-nın Mətbuat Xidməti


UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

Oxşar xəbərlər