Rektor I kurs tələbələri ilə görüşüb

Rektor I kurs tələbələri ilə görüşüb Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov birinci kurs tələbələri ilə görüşüb. Məqsəd tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək və təkliflərini dinləmək olub. Görüşdə prorektorlar, dekanlar, kafedra müdirləri və müəllimlər də iştirak ediblər.
Rektor yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə son illər UTECA-da görülən işlərdən danışıb. Qeyd edib ki, yeni tədris mərkəzləri, laboratoriyalar, müəssisə universitet əlaqələri UTECA tələbələri üçün geniş imkanlar açır. Tələbələr onlar üçün yaradılan şəraitdən faydalanaraq günün tələbinə cavab verən kadrlar kimi yetişəcəklər. Rektor bildirib ki, tələbələr öz vəzifələrini layiqincə yerinə yetirməli, dərsə davamiyyətli, nizam-intizamlı, fəal olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməlidirlər.
Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq həmin problemlərin həlli üçün tapşırıqlar verib.

UTECA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər