Azərbaycan Texnologiya Universiteti beynəlxalq sərgidə UTECA Texnoparkının məhsullarını sərgiləyəcək

Azərbaycan Texnologiya Universiteti beynəlxalq sərgidə UTECA Texnoparkının məhsullarını sərgiləyəcək Azərbaycan Texnologiya Universiteti 12-ci Azərbaycan beynəlxalq karyera sərgisində iştirak edəcək.
Sərgi Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgidə Azərbaycan Texnologiya Universitetinə aid stenddə UTECA Texnoparkının yüngül sənaye, o cümlədən xalçaçılıq, şərab, gön-dəri və sair məhsulları sərgilənəcək.
Qeyd edək ki, Azərbaycan beynəlxalq karyera sərgisi hər il aparıcı ali və orta ixtisas təhsili müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Məhz bu təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.

Tehsil-press.az

Oxşar xəbərlər