UTECA-da Bilik Günü qeyd olundu

UTECA-da Bilik Günü qeyd olundu Azərbaycan Texnologiya Universitetində (UTECA) Bilik günü qeyd olunub. Universietin rektoru, professor Akif Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, bu tədris ilində UTECA-ya 765 tələbə qəbul olub. Onların arasında 4 nəfər 500-dən çox bal toplayıb. Emin Axundov - 562 bal, Günel Sadıqova - 553 bal, Murad Hacıyev - 528 bal, Aydın Ələsgərov - 503 bal.
Ən yüksək nəticəni Emin Axundov göstərib. Rektor Akif Süleymanov 562 balla prosseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olan Emin Axundova universitet adından noutbuk hədiyyə edib. Daha sonra tələbə adını yeni qazananlardan yüksək bal toplayanlara tələbə biletləri təqdim olunub. Çıxış edən tələbələr və valideyinlər sevinc və qürur hisslərini dilə gətirib. Sonra tədbir bədii hissə ilə davam edib.
Azərbaycan Texnologiya Universitetində tələbələr 23 ixtisas üzrə təhsil alırlar. UTECA ən nüfuzlu sənaye müəssisələri ilə əməkdaşlıq edərək gələcək mütəxəssisləri əmək bazarının tələblərinə uyğun yetişdirir, təsil müddətində tələbələrin istehsalata inteqrasiyasını təmin edir, nəticədə məzunların işlə təmin olunması daha əlçatan olur. Port of Baku, Şəmkir Logistika Mərkəzi, Azercell, Gəncə və Mingəçevir tekstil fabrikləri, Detal Alüminium kompleksi, Azgranata Şirə və şərab emalı zavodu, Palsüd və Atena süd zavodları kimi onlarla müxtəlif müəssisələr buna misaldır.

UTECA-da Bilik Günü qeyd olunduUTECA-da Bilik Günü qeyd olunduUTECA-da Bilik Günü qeyd olundu

Hikmət Əliyev


Oxşar xəbərlər