ADU-nun iki tələbəsi İtaliyanın Ka’ Foskari Universitetində təhsil alacaq

ADU-nun iki tələbəsi İtaliyanın Ka’ Foskari Universitetində təhsil alacaq Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq layihələr həm müxtəlif universitetlərlə ikitərəfli əməkdaşlıq, həm də Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində həyata keçirilir. Mübadilə proqramı təkcə tələbələrə deyil, eyni zamanda, müəllim və inzibati işçilərə də aiddir. Hazırda ADU Avropanın 20-dən artıq universiteti ilə “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq edir.
ADU-nun “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq etdiyi universitetlərdən biri də İtaliyanın Venesiya şəhərindəki Ka’ Foskari Universitetidir. 2018-ci ildə ADU ilə həmin universitet arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bunun nəticəsi olaraq, 2019-2020-ci tədris ilinin ikinci yarısında Ka’ Foskari Universitetində ADU-nun iki müəllimi və bir inzibati işçisi təcrübə keçəcək, iki tələbəsi isə bir semestr ərzində təhsil alacaq. Mübadilə proqramının şərtlərinə uyğun olaraq, 2020-ci ilin fevral ayında Ka’ Foskari Universitetinin iki əməkdaşı ADU-da təlim keçəcək.
Qeyd edək ki, İtaliyanın bu nüfuzlu universitetinin 8 fakültəsində hazırda 19 minədək tələbə təhsil alır.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər