Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq

Azərbaycan Universitetinin tələbələri  yaz semestrini Almaniyada oxuyacaq Azərbaycan Universitetinin tələbələri 2017/2018-ci tədris ilinin yaz semestrində Almaniyanın Koblenz Universitetində təhsil alacaqlar.
Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Ruzigar Şirinov (Maliyyə, II kurs) və Elmixan Əliyev (Maliyyə, II kurs) “Erasmus+” mübadilə proqramı çərçivəsində mart ayının əvvəlində Almaniyaya yola düşəcəklər. Koblenz Universitetində akademik təcrübə də keçəcək olan tələbələrin təhsil aldıqları dövrdə qazandıqları kreditlər daha sonra Azərbaycan Universitetinə transfer olunacaq.
Tələbələr Almaniyada “Erasmus+” mübadilə proqramı ilə dünyanın müxtəlif ölkələrindən gəlmiş xalqların mədəniyyəti ilə tanış olma imkanı, ən əsası isə ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə əldə edəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər