Azərbaycan Universitetinin 7 tələbəsi payız semestrini xaricdə oxuyur

Azərbaycan Universitetinin 7 tələbəsi payız semestrini xaricdə oxuyur Azərbaycan Universitetinin 7 tələbəsi 2017/2018-ci tədris ilinin payız semestri üçün xarici tərəfdaş universitetlərdən dəvət alıb.
Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Hafizə Əsədullazadə payız semestrini Polşanın Krakov İqtisadiyyat Universitetində oxuyur. “Erasmus+” mübadilə proqramı ilə bu ölkəyə gedən Hafizə Əsədullazadə Marketinq ixtisası üzrə (MBA) II kurs tələbəsidir.
Fakültənin 3 tələbəsi bu semestri Türkiyənin Anadolu Universitetində oxuyur. Ülkər Məmmədova (Maliyyə - MBA, II kurs), Elvira Seyidova (Menecment – BBA, III kurs) və Əfsanə Abdulhəsənova da (Maliyyə - BBA III Kurs) “Erasmus+” mübadilə proqramı ilə qardaş ölkəyə gediblər.
Biznes və iqtisadiyyat fakültəsinin 3 tələbəsi isə təhsilini payız semestrində Almaniyanın Koblenz Universitetində davam etdirir. Zernur Hacıyeva (Menecment - MBA, II kurs), Elvin Əvəzzadə (Mühasibat uçotu və audit – BBA, IV kurs) və Hüsniyyə Hüseynova (Maliyyə- BBA, IV kurs) DAAD (Alman Akademik Mübadilə Proqramı) ilə bu ölkəyə yollanıb.
Tələbələr təhsil aldıqları dövr üçün tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunublar, eyni zamanda yol xərcləri qarşılanır. Tələbələrin xarici tərəfdaş universitetlərdə əldə etdikləri kreditlər Azərbaycan Universiteti tərəfindən müvafiq qaydada tanınacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər