Azərbaycan Universiteti Xorvatiyanın Dubrovnik Universiteti ilə əməkdaşlığa başlayıb

Azərbaycan Universiteti Xorvatiyanın Dubrovnik Universiteti ilə əməkdaşlığa başlayıb Azərbaycan Universiteti ilə Xorvatiyanın Dubrovnik Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Əməkdaşlıq Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşacaq. “Erasmus+” proqramı əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Tələbələr proqram çərçivəsində xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirirlər. Həmçinin bakalavriat, magistratura pillələrində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.
Beynəlxalq təcrübənin təhsilin mühüm tərkib hissəsi olduğuna inanan Azərbaycan Universiteti “Erasmus+” və “Mövlanə” proqramları çərçivəsində Türkiyə və Avropanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər