Mərkəzi Nəbatat Bağının mütəxəssisləri gürcüstanlı həmkarları ilə birgə tədqiqat planlarını müzakirə ediblər

Mərkəzi Nəbatat Bağının mütəxəssisləri gürcüstanlı həmkarları ilə birgə tədqiqat planlarını müzakirə ediblər Gürcüstanın Batumi Botanika Bağının əməkdaşları - Dekorativ bitkilər şöbəsinin müdiri Marina Tatarişvili və bitki kolleksiyaları üzrə kurator Maqdana Çaparidze AMEA-nın Mərkəzi Nəbatat Bağında olublar.
Bu elm müəssisəsinin direktoru Vahid Fərzəliyev qonaqlara bağın tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Qonaqlar iki ölkə arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə tədqiqat, layihə və ekspedisiyaların təşkili, həmçinin bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.
Səfər müddətində gürcüstanlı qonaqlar bağda aparılmış elmi-tədqiqat işləri və kolleksiya sahələri ilə tanış olublar. Eyni zamanda, onlar Mərkəzi Nəbatat Bağının aparıcı mütəxəssisləri ilə Qafqaz biomüxtəlifliyinin qorunmasına dair gələcək tədqiqat planlarını müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər