BDU-da yeni koordinasiya qrupu yaradılıb

BDU-da yeni koordinasiya qrupu yaradılıb Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar Mərkəzində fizika, kimya, biologiya fakültələrinin və beynəlxalq şöbənin əməkdaşlarının iştirakı ilə iclas keçirilib.
İclasda fənlərarası tədqiqat işlərinin planlaşdırılması, istehsalatla əlaqələrin qurulmasına dair təkliflər və onlarla birgə seminarların keçirilməsi, adıçəkilən fakültələrin əməkdaşları tərəfindən yerli və beynəlxalq layihələrdə birgə iştirak üçün işçi qrupların yaradılması məsələləri müzakirə edilib.
Eyni zamanda, gələcəkdə tədqiqat işlərinin mövzularının əsasını təşkil edən prioritet istiqamətlər, elmi-tədqiqat işlərinin tətbiqyönümlü olmasının vacibliyi əsas götürülərək istehsalat, sənaye və kənd təsərrüfatını təmsil edən müəssisə və təşkilatların aparıcı mütəxəssisləri ilə görüşlərin keçirilməsi də iclasın əsas mövzularından olub. Bu məqsədlə hər fakültədən bir nəfər olmaqla koordinasiya qrupu yaradılıb.
İclasın sonunda bu cür görüşlərin davamlı olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər