ADU-da 3 yeni elmi-tədqiqat laboratoriyası yaradılıb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni laboratoriyalar yaradılıb. ADU Elmi Şurasının iclasında universitetdə Azərbaycanşünaslıq, Rusiyaşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyalarının açılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, laboratoriyaların açılmasında məqsəd sadalanan istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılması və bu sahədə universitetdəki boşluğun aradan qaldırılmasıdır.
ADU-nun Mətbuat Xidməti
- Baxış: 6255
Xəbərin tarixi: 05.07.2017 / 12:47
-
Oxşar xəbərlər