Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu məqsədlə BMU-da keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik sürətdə yiyələnməsi tələb olunmaqdadır.
BMU-nun AMEA-nın adıçəkilən müvafiq qurumları ilə əsası qoyulan əməkdaşlığına toxunan H.Məmmədov ümidvar olduğunu bildirib ki, əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, birgə fəaliyyət aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.
Digər çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.
Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.
Sənəddə bir çox istiqamətlərdə (tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, birgə elmi-praktik tədbirlərin təşkil olunması, təhsillə bağlı layihələrdə birgə iştirak, elmi əsərlərin, tədris və tədris-metodik resursların hazırlanması, tələbələrin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kursların təşkili, sənayenin aktual problemlərinin həllində birgə elmi-tədqiqat işlərinin aparılması, layihələrin həyata keçirilməsi və s.) birgə əməkdaşlıq məsələləri öz əksini tapıb.

BMU-nun Mətbuat Xidməti