Millət vəkili: Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirilməliyik

Millət vəkili: Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirilməliyik Ürək ağrısı ilə qeyd etməliyik ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, mənəvi sərvətlər, əlyazmalar talanıb, digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı.
Bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik”.

Tehsil-press.az

Oxşar xəbərlər