Əlyazmalar İnstitutu “Qisseyi-Yusif” poemasının surətini əldə edib
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIII əsrdə yaşamış Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin nadir kitablar fondunda saxlanan əlyazmasının surətini əldə edib.
Son vaxtlara qədər araşdırmadan kənarda qalan bu nüsxə 1832-ci ildə Sankt-Peterburqda daha qədim bir əlyazmadan köçürülüb.
Poemanın digər nüsxələri ilə müqayisədə daha mükəmməl olan bu əlyazma 5028 misradan ibarətdir.
Tehsil-press.az
- Baxış: 5958
Xəbərin tarixi: 11.09.2019 / 08:14
-
Oxşar xəbərlər