Bakıda gənc qız itkin düşüb. Hadisə paytaxın Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Əzimzadə Fatimə Vüsal qızı noyabrın 19-da günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.