
Layihədə iştirak edənlər ADA-da tədris olunan təhsil sahələrindən birini seçərək, universiteti tələbələrlə birgə tanımaq imkanı qazanacaqlar.
Layihəyə qoşulanlar ingilisdilli dərslərdə iştirak etmək, ölkənin ən böyük rəqəmsal kitabxanasından yararlanmaq, fərqli akademik mühitdə vaxt keçirmək, əsl tələbə həyatı yaşamaq, proqramlar və universitetə qəbul şərtləri ilə tanış olmaq fürsəti əldə edəcəklər.
ADA tələbəsi olmaq istəyənlər [email protected] elektron ünvanına yazıb, sorğunu tamamlayıb və təyin edilən “Bir günü” ADA-da keçirə bilərlər.
Arzu edənlər dekabrın 20-dək “ADA-da bir gün” layihəsinə müraciət edə bilərlər.
Tehsil-press.az