UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq imkanıı yaradır

UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq imkanıı yaradır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq imkanı yaradılır.
"UNEC-də bir gün" layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.
Universitetdə dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində abituriyentlərə yaradılan bu imkandan faydalanan onlarla şagird artıq UNEC-in tələbəsidir. Onlar ixtisas seçməkdə UNEC-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər.
"UNEC-də bir gün" layihəsində iştirak etmək istəyənlər (012) 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi “Facebook” səhifəsi (https://www.facebook.com/uneceduaz/) vasitəsilə əlaqə saxlaya bilərlər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər