“ADA” Universitetində magistrant olmaq istəyənlər üçün “açıq qapı” günü təşkil olunub

“ADA” Universitetində magistrant olmaq istəyənlər üçün “açıq qapı” günü təşkil olunub Martın 7-də “ADA” Universiteti magistratura təhsili ilə maraqlananlar üçün “açıq qapı” günü təşkil edib.
Tədbirdə magistratura imtahanının birinci mərhələsindən uğurla keçən abituriyentlər iştirak ediblər.
Tədbirdə “ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal iştirakçılara bu ali məktəb, akademik proqramlar, pedaqoji heyət, tələbə həyatı, təcrübə imkanları və Karyera Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib, qəbul şərtlərini izah edib.
Vurğulanıb ki, 2018-2019-cu tədris ilində “ADA” Universiteti diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi (MBA), təhsil üzrə menecment ixtisasları üzrə iki illik magistr proqramlarını təklif edir. Tədris ingilis dilində aparılır. Dərslər həftədə üç dəfə axşam saatlarında keçirilir.

Kəmalə Rəhimli


“ADA” Universitetində magistrant olmaq istəyənlər üçün “açıq qapı” günü təşkil olunub

Oxşar xəbərlər