Memarlıq və İnşaat Universitetində “Audiokitab” layihəsinin təqdimatı olub

Memarlıq və İnşaat Universitetində “Audiokitab” layihəsinin təqdimatı olub Azərbaycan Memarlıq və İnşaat Universitetin (AzMİU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Audiokitab” layihəsinin təqdimatı keçirilib.
Görüşdə layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, yaradıcı heyət - Əhliman Ərşadlı, Zülfiyyə İsmayılova və Elçin Hacıyev iştirak edib.
Tədbirdə bildirilib ki, “Audiokitab”da klassik və müasir Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapıb. Layihədə yer alan əsərlər peşəkar aktyorların ifasında səsləndirilib. Tələbələr rahatlıqla “İOS” və “Android” sistemli telefonlarda “PlayMarket”dən bu proqramı yükləyib audiokitablara qulaq asa biləcəklər. “Audiokitab” səyahət zamanı, istirahətdə, müəyyən işlər yerinə yetirərkən kitab dinləməyə imkan yaradır. Gözdən əlil insanlar da layihədən asanlıqla yararlana biləcəklər.
Yaradıcı heyət tərəfindən həm Azərbaycan, həm də dünya ədəbiyyatından nümunələr səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər