Vəzifəli şəxsin evindən silah oğurlandı

Vəzifəli şəxsin evindən silah oğurlandı Ukraynanın Xarkov vilayətində vəzifəli şəxsin evi qarət edilib.
Ukrayna Polis İdarəsinin məlumatına görə, zərərçəkənin arvadı qarajın qapılarının açıq olduğunu və onlara məxsus “Lexus” markalı avtomobilin yerində olmadığını görəndən sonra polisə müraciət edib.
Cinayətkarların silah, qızıl-zinət əşyaları və nişanları da oğurladıqları bəlli olub.
Hadisə ilə bağlı, Ukrayna Cinayət Məcəlləsinə əsasən, qanunsuz nəqliyyat vasitəsinə sahib olmaq, oğurluq, mənimsəmə, odlu silah, döyüş sursatı, partlayıcı maddə və ya radioaktiv materialları qəsb etmə və digər maddələrlə cinayət işi açılıb.
İstintaq və əməliyyat tədbirləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər