Cavid Qurbanov: İşçilərin əməkhaqqında 2015-ci ildən 95 faiz artım var

Cavid Qurbanov: İşçilərin əməkhaqqında 2015-ci ildən 95 faiz artım var Bu gün Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
C.Qurbanov bildirib ki, bu sürətin əldə edilməsi üçün 2015-ci ildən bəri xeyli işlər görülüb.
O bildirib ki, hazırda dəmir yollarında 20 minə qədər insan çalışır: "İşçilərin əmək haqqında 2015-ci ildən 95 faiz artım var. 2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, islahatlar aparılır".

Tehsil-press.az

Oxşar xəbərlər