Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu” mövzusunda məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.
Tədbiri açan rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Müasir Azərbaycanın öz varlığı ilə Ulu Öndərə borclu olduğunu bildirən rektor vurğulayıb ki, Ümummilli Liderin xidmətləri sayəsində ölkəmizdə müstəqillik əbədi və dönməz xarakter alıb, dövlətçilik möhkəmlənib, iqtisadi inkişaf üçün güclü təməl yaradılıb, elm və milli təhsil sistemi müasirləşdirilib, fəal maarifçilik kursu həyata keçirilib. E.Babayev Ulu Öndərimizin Bakı Dövlət Universitetinin ən görkəmli, dünya şöhrətli məzunu olduğunu xüsusi vurğulayıb və bu mövzuda məqalə müsabiqəsinin keçirilməsini yüksək dəyərləndirib, müsabiqə qaliblərini təbrik edib.
Sonra xalq şairi Nəriman Həsənzadə Ulu Öndər Heydər Əliyevin həyat və faəliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, Ümummilli Liderimizin dövlətimizin və xalqımızın taleyində müstəsna xidmətlərindən bəhs edib.
Müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, BDU-nun dosenti Ələmdar Cabbarlı müsabiqənin yekunları haqqında məlumat verdikdən sonra qaliblər elan olunub, onlara “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən diplom, pul mükafatı və digər hədiyyələr təqdim olunub.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə BDU-nun kollektivinə təşəkkürünü bildirib, müsabiqə qaliblərini və eyni zamanda BDU-nun professor-müəllim və tələbə heyətini 100 illik yubiley münasibətilə İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından təbrik edib.

Tehsil-press.az



Oxşar xəbərlər