BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.
BDU-nun rektoru Elçin Babayev ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran rektor ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ulu öndərin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən danışıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycançılıq ideologiyasını milli ideologiya kimi təqdim edən ulu öndər Heydər Əliyev dövlət dilinin qorunması üçün böyük fədakarlıqlara imza atıb, senzuranı götürməklə mətbuatın, söz azadlığının inkişafına nail olub.
“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını xatırladaraq ulu öndərin milli dövlətçilik konsepsiyası haqqında məlumat verib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ulu öndər Heydər Əliyev harada olubsa Azərbaycanın mənafeyini qoruyub, siyasi sabitliyi bərqərar edib, iqtisadi inkişaf tempini artırıb.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən və BDU-nun sifarişi ilə “SƏS” Media Qrupu tərəfindən hazırlanmış filmin nümayişindən sonra tədbir xalq artisti Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi


BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilibBDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilibBDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Oxşar xəbərlər