İlahiyyat İnstitutu Türkiyə universitetlərinin elektron təhsil sistemini öyrənir

İlahiyyat İnstitutu Türkiyə universitetlərinin elektron təhsil sistemini öyrənir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov və İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev Türkiyə universitetlərinin elektron təhsil sistemini öyrənmək üçün həmin ölkədə səfərdə olublar.
Səfərin məqsədi ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələrin genişləndirilməsi, tədrisin elektronlaşdırılması sahəsində qazanılmış nailiyyətlərin mənimsənilməsidir.
Türkiyəyə səfər çərçivəsində Marmara, “29 Mayıs” və İstanbul, Ankara, Cümhuriyyət, Səlcuq və Nəcməddin Ərbakan universitetlərinin elektron təhsil sistemi ilə əyani və nəzəri tanışlıq olub.
Görüşlərdə ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşdürülməsi, alim və mütəxəssislərin iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlər, həmçinin tələbə mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər