Tokayev qəzada ölənlərin ailələrinə başsağlığı verdi

Tokayev qəzada ölənlərin ailələrinə başsağlığı verdi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Alma-Atıda təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verib.
Prezident başsağlığı mesajını Tvitter hesabında yayımlayıb.
“Bu gün səhər saatlarında Alma-Atı yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığımı bildirirəm”, - deyə Tokayev yazıb. O həmçinin, qeyd edib ki, faciənin araşdırılması üçün artıq hökumət komissiyası yaradılıb və günahkarlar sərt cəzalandırılacaq.
Qeyd edək ki, Alma-Atıdan Nur-Sultana uçan təyyarənin iki mərtəbəli binaya çırpılması nəticəsində bu saata olan məlumata görə 9 nəfər ölüb. Onlardan 6-sı uşaqdır. Daha 9 nəfər isə xəsarət alıb. Təyyarənin göyərtəsində 95 sərnişin, 5 heyət üzvü olub.

Tehsil-press.az

Oxşar xəbərlər