
Kanalda nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.
“Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.
Tehsil-press.az