İmtahanlardan sonra DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək
İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.
İmtahanlardan sonra saat 16:00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.
DİM-in Mətbuat Xidməti
- Baxış: 4890
Xəbərin tarixi: 08.07.2019 / 09:20
-
Oxşar xəbərlər