Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” çap olunub

Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” çap olunub Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr olunub.
Kitabçanın mətnini Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə hazırlayıb.
Bu “Yaddaş kitabçası” Milli Məclisə seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün hazırlanıb. Qeyd olunub ki, polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır. Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan 100 metr aralıda yerinə yetirməlidir.
Polis əməkdaşının Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən səsvermədə seçici kimi iştiraketmə halları istisna olmaqla, səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.
Polis əməkdaşı yalnız məntəqə seçki komissiyasının sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil ola bilər. Bu zaman səsvermə müvəqqəti olaraq dayandırılır. İctimai asayiş bərpa edildikdən sonra polis əməkdaşı dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər