
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, müəyyən qisim insanların hansısa səbəbdən seçici siyahısına düşməməsi və ya bu siyahıya düşməkdən yayınması ola bilər. Buna baxmayaraq, onlar da öz sənədlərini təqdim etməklə səs verə bilərlər.
M.Pənahov bildirib ki, bəzi ölkələrdə seçici siyasıhında adı olmayan insanların səsvermə hüququ olmur, lakin Azərbaycanda belə deyil: "Vətəndaş adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq, birbaşa seçki məntəqəsinə yaxınlaşıb səs verə bilər".
MSK sədri əlavə edib ki, sabah seçkilərlə bağlı bütün müraciət və şikayətlərə dərhal cavab veriləcək.
Qeyd edək ki, sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Tehsil-press.az